• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Üzüm halsızlığın müalicəsində əvəzolunmazdır

CƏMİYYƏT

17 Avqust 2022 | 07:25 | Müəllif: Qalib İbrahimoğlu

Üzüm halsızlığın müalicəsində əvəzolunmazdır

Üzümün tərkibində 22-25% qlükoza var ki, bu da bizim toxumalarımız üçün əsl enerji mənbəyidir. Üzüm fiziki və zehni yorğunluğu aradan qaldıran ən təsirli vasitədir, halsızlığın müalicəsində əvəzolunmazdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bədənimiz üzümdən alınan enerjinin lazım olan qədərini işlədir, qalan hissəsini isə qaraciyərdə depolayır və bütün qış boyu bu enerjidən istifadə edir. Tərkibində çox miqdarda olan dəmir və qlükoza qanyaranmanı sürətləndirir, qanazlığını aradan götürür. Üzüm qaraciyər, böyrək və sinir sistemi xəstəliklərində də əvəzolunmazdır.

F.Hüseynov deyib ki, üzümdəki kalsium, kalium, dəmir və başqa minerallar uşaqlarda və böyüklərdə sümükləşməni artırır, osteoporozun, yəni sümük əriməsinin qarşısını alır.

Üzümün tərkibində çox miqdarda A, B1, B2, B6, C vitaminləri, fol turşusu və s. vardır. O, böyrəklərin işini sürətləndirir, bədənimizdəki lazımsız maddələri (şlakları) böyrəklər vasitəsilə təmizləyir.

Həkim qeyd edib ki, payızda bol-bol üzüm yeyənlər qışda bronxitə tutulmur. Üzüm həm də immun sistemini gücləndirir, bununla da bədənimizi sanki qış xəstəliklərindən qoruyur

"Üzümün tərkibində olan kalium ürək əzələsini və bütün bədən əzələlərini gücləndirir. Üzüm E vitaminindən 50 dəfə, C vitaminindən isə 20 dəfə güclü antioksidantdır. Deməli, üzüm xərçəngin ən yaxşı profilaktikasıdır: Üzümü yeyəndə tumu və qabığı ilə birgə yeyin.

Onun sözlərinə görə, mədədə, qida borusunda, bağırsaqlarda səpgi, eroziya, turşuluğun artması, qəbizlik kimi hallar varsa, səhər yeməyindən 1 saat əvvəl 1 salxım, yəni təqribən 200-300 qram şirin üzüm yeyin. Nəticə almaq üçün üzümü ən azı 15-20 gün yemək lazımdır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026