• Bakı 18° C

    1.3 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Vasif Talıbov kimdir? - DOSYE

SİYASƏT

21 Dekabr 2022 | 13:29 | Müəllif: Qalib İbrahimoğlu

Vasif Talıbov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov bu gün istefa verib.

Bakıvaxtı.az xatırladır ki, Vasif Talıbov 1995-ci ilin dekabrından etibarən bu vəzifəni icra edirdi.

Vasif Talıbov 1960-cı il yanvarın 14-də Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olub.

1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlayıb, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışıb.

O, 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrini icra edib.

Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak edib. 1995-ci il aprelin 8-də keçirilən konfransında YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri seçilib.

Azərbaycan Respublikası I–IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I–VI çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib.

Vasif Talıbov Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı, 9 – 10 noyabr 2001-ci il) Əlaqələndirmə Şurasının üzvü seçilib. Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martında keçirilən VII qurultayında isə YAP İdarə Heyətinin üzvü seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 yanvar 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

2020-ci ildə Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Batumi Dövlət Universitetinin Fəxri Doktorudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR