• Bakı C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Vuçiç: Biz dost ölkə Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə israrlıyıq

SİYASƏT

15 Fevral 2026 | 20:02

Vuçiç: Biz dost ölkə Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə israrlıyıq

Biz dost ölkə Azərbaycanla ən yaxşı strateji tərəfdaşlığı inkişaf etdirməkdə olduqca israrlıyıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında deyib.

"Biz bu məqsədə doğru gedəcəyik. Bu, o deməkdir ki, biz müxtəlif sahələrdə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün ürəkdən çalışacağıq. Dostlara gəldikdə, qarşımıza çətinliklər çıxanda, bəzi məsələlərlə üzləşəndə biz hər zaman onları birlikdə həll edə bilirik. Bu, hər zaman belə olacaq. Arzu edirik ki, dostluq, daha yaxşı münasibətlərin qurulması, qarşılıqlı əlaqələr daha sürətlə və intensiv inkişaf etsin", - Aleksandar Vuçiç vurğulayıb.


SON XƏBƏRLƏR

14 Fevral 2026