“WhatsApp” iOS və Android istifadəçiləri üçün yeni funksiyalar üzərində işləməyə davam edir.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,“ “WhatsApp”ın iOS üçün inkişaf etdirdiyi yeni xüsusiyyət ortaya çıxıb.
"Apple” şirkətinin iPhone cihazlarında “WhatsApp iOS” tətbiqini yükləyənlər çat və ya qruplardan yeni mesajlar aldıqda, bildiriş ekranında mesajı göndərən şəxsin və ya qrupun şəklini görə bilmirlər. “WhatsApp” əməkdaşları bu işin üzərində işləməyə başlayıb.
WABetaInfo-nun xəbərinə görə, “WhatsApp” söhbətlərdən və qruplardan yeni mesajlar alındıqda profil şəkillərinin sistem bildirişlərində göstərilməsinə imkan verən yeni funksiyanı sınaqdan keçirir. Bununla belə, bu funksiya iOS 15 API-lərindən istifadə edir. Buna görə də o, yalnız iOS 15-də bəzi beta testerləri üçün əlçatandır.
Android-də vəziyyət fərqlidir. Çünki Android istifadəçiləri “WhatsApp”dan bildiriş gəldiyi zaman bir müddət sistem bildirişlərində mesaj göndərənin profil şəkillərinə baxa bilir.
Qeyd edək ki, yeni funksiyanın təqdim ediləcəyi tarix haqqında hələ rəsmi məlumat yoxdur.
Nuranə Daxilqızı
















