• Bakı 31° C

    1.92 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Xırdalanda binada yanğın: 23 nəfər təxliyə olundu - VİDEO

HADİSƏ

03 Dekabr 2024 | 20:37

Xırdalanda binada yanğın: 23 nəfər təxliyə olundu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yeddimərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 23 nəfər bina sakini təxliyə olunub.

Yanğın nəticəsində 2 ədəd elektrik lövhəsi və şaxtadan keçən elektrik naqilləri 6p.m. yanıb.

Mənzillər və şaxtadan keçən elektrik naqillərinin böyük hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Avqust 2026