• Bakı 20° C

    5.85 m/s

Yaponiyada 155 yeraltı təkan qeydə alındı

DÜNYA

02 Yanvar 2024 | 22:03 | Müəllif: Subhan Mahmudov

Yaponiyada 155 yeraltı təkan qeydə alındı

Son iki gündə Yaponiyada 155 yeraltı təkan qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya Agentliyi məlumat verib.

Yaponiya mediasının məlumatına görə, episentri prefekturanın Noto yarımadası yaxınlığında olan zəlzələ nəticəsində ölənlərin sayı 57-yə çatıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Təbii fəlakət bölgəsində xeyli dağılmış tikili olduğu üçün dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir. Zəlzələnin infrastruktura vurduğu zərərə görə 16 şəhərin su təchizatı dayanıb. İçməli su sakinlərə nəqliyyat vasitələri ilə çatdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026