• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yaponiyada 2 dəfə zəlzələ baş verdi

DÜNYA

01 Noyabr 2021 | 09:00

Yaponiyada 2 dəfə zəlzələ baş verdi

Yaponiyada iki dəfə zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə ölkənin Meteorologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, birinci təbii hadisə yerli vaxtla saat 06:14-də paytaxt Tokionun şimal-şərqində İbarakidə 5,2 bal gücündə baş verib.

Zəlzələ ocağı 60 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Tokio və ətraf prefekturalarda hiss olunub.

Qeyd edilir ki, yerli vaxtla saat 05:35-də Kansay regionunun cənubundakı Vakayama prefekturası yaxınlığında da 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Meteorologiya Agentliyi zəlzələlərin sunami təhlükəsi yaratmadığını bildirib.

Hələlik hər hansı dağıntı və ya tələfat barədə məlumat yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026