• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Yararsız pullarını dəyişmək istəyənlərin NƏZƏRİNƏ

GÜNDƏM

12 Aprel 2021 | 12:59

Yararsız pullarını dəyişmək istəyənlərin NƏZƏRİNƏ

Mərkəzi Bankda və onun ərazi idarələrində əhalidə olan yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi, eləcə də nağd pulla bağlı sorğuların və müraciətlərin cavablandırılması məqsədilə əhaliyə xidmət ofisləri təşkil edilib.

Bankdan Bakıvaxtı.az-a verilən məlumatda qeyd edilib ki, bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında əhaliyə xidmət üzrə yeni “Nağd pul ofisi” yaradılıb.

Bildirilir ki, vətəndaşlar 13 aprel 2021-ci il tarixindən etibarən həftənin 2-ci və 4-cü günləri saat 10:00-dan 13:00-dək qeyd edilən ünvanda yerləşən əhaliyə xidmət üzrə “Nağd pul ofisi”nə yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər.

Əlavə suallarla bağlı Mərkəzi Bankın “Qaynar xətt”inə (966) müraciət oluna bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR