• Bakı 14° C

    6.73 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Yasamalda oğurluq edənlər saxlanıldı

HADİSƏ

02 May 2025 | 12:35

Yasamalda oğurluq edənlər saxlanıldı

Yasamal rayonu ərazisində yerləşən restoranların birində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, həmin obyektdə çalışan şəxsin 30 manat pulu və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətmiş 31 yaşlı T.Quliyev saxlanılıb.

Həmçinin rayon ərazisində yerləşən parkların birindən bir nəfərə məxsus 3000 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 18 yaşlı R.Həsənov da saxlanılıb.

Araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

02 May 2025