• Bakı 24° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Yaşlı ata-ana 45 yaşlı oğullarını öldürdü

HADİSƏ

09 Iyun 2026 | 13:20

Yaşlı ata-ana 45 yaşlı oğullarını öldürdü

Rusiyanın Novosibirsk şəhərində yaşlı ər-arvad 45 yaşlı oğullarını "qeyri-əxlaqi davranışlarına görə" amansızlıqla qətlə yetiriblər.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin regional idarəsinin məlumatına görə, hadisə iyunun 7-də şəhərin Dzerjinski rayonundakı fərdi yaşayış evlərindən birində baş verib.

Aralarında yaranmış şəxsi ədavət və narazılıq zəminində 79 yaşlı ata və 69 yaşlı ana birləşərək oğullarını boğublar.

Hadisədən qısa müddət sonra yaşlı valideynlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açılıb.

Artıq müttəhimlərə rəsmi ittiham irəli sürülüb və yaxın vaxtlarda məhkəmə tərəfindən onların barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026