• Bakı C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.7752

    RUB - 1.6516

Yeni Hemodializ şöbələri yaradılır

CƏMİYYƏT

23 Dekabr 2024 | 11:57

Yeni Hemodializ şöbələri yaradılır

“Yeni Hemodializ şöbələri yaradılır”.
 
Bakıvaxtı.az
xəbər verir ki, bunu TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında qurumun icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, 2024-cü ildə Goranboy Rayon Mərkəzi Xəstəxanasında 10 cihazlıq Hemodializ şöbəsi istifadəyə verilib və şöbədə ayda orta hesabla təqribən 60-dan çox xəstəyə dializ xidməti göstərilir:
 
V.Qurbanov əlavə edib ki, gələn il isə Sumqayıt Tibb Mərkəzində 10 aparatlıq 2-ci hemodializ şöbəsi fəaliyyətə başlayacaq:

"Ümumiyyətlə, hazırda ölkədə işlək vəziyyətdə olan hemodializ aparatlarının sayı 723 ədəddir. Ölkə üzrə hemodializ şöbələrinin sayı isə 54-dür və 4 mindən artıq xəstəyə xidmət göstərilir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR