• Bakı 22° C

    5.26 m/s

Yeni virus daha təhlükəlidir - XƏBƏRDARLIQ

CƏMİYYƏT

07 Oktyabr 2022 | 17:38 | Müəllif: Qalib İbrahimoğlu

Yeni virus daha təhlükəlidir - XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, Kolorado universitetinin alimləri 15 il ərzində siçanlar üzərində tibbə az məlum viruslar ailələrinin insana yoluxma perspektivini yoxlayıb. Nəticələrə görə, vəhşi Afrika iqlimində olan endemik heyvanlarda olan viruslar insana keçib, ölümcül simptomlar yarada bilər.

Bakıvaxtı.az xəbər verir ki, son illər alimlər donuz və atlar arasında dövr edən arteriviruslara diqqət yönəldib. Xüsusilə onlar hemorragik meymun qızdırmasının təhlükəli olacağını deyir. Bu virus Ebola ilə oxşardır.1960-cı ildə makaka meymunları arasında ölüm dalğası yaratmışdı. Tədqiqat göstərib ki, insan hüceyrəsinə keçmək üçün bu virusda CD163 reseptoru var. Bu reseptor donuz, siçan və heyvan hüceyrələrinə nüfuz edərək, orda öz surətlərini çıxarır. Eyni yoluxma QİÇS virusunda da olur. Bu virus meymunlarda immundefisit SİİV yaradır. Alimlər bildirir ki, məhz bu tip viruslar yaxın olmasa, 30-50 il sonra yeni pandemiyaların səbəbkarı oal bilər. Viruslar heyvanlardan insanlara keçəcək.

İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, başda viruslar olmaqla heyvanlar aləmində mövcud olan müxtəlif infeksiya törədicilərinin insana ötürülmə potensialı hər zaman diqqət mərkəzində olub: “Xüsusilə son illərdə baş vermiş zoonoz infeksiyaların heyvan orqanizmində mutasiya keçirərək zoo-antroponoz xüsusiyyətlər qazanması və insana ötürülməsi halları bu tədqiqatların əhəmiyyətini daha da artırıb”.

İnfeksionist qeyd edib ki, burada adıçəkilən viruslu hemorragik xəstəliklər olduqca ciddi fəsadları ola bilən ağır xəstəlik növüdür: “Bu cür infeksiyaların əksərən Afrikada olmaqla dünyanın müxtəlif yerlərində endemik ocaqları mövcuddur. Məsələn, Ebola, Marburq, Lassa, Sarı qızdırma bunlardan ən önəmliləridir. Hansı ki, bu viruslar artıq uzun illərdir, insanlarda aşkarlanıb və tez-tez insanlarda bu xəstəliklərə rast gəlinir. Bunlara qarşı mübarizə də aparılır”.

Onun sözlərinə görə, Kolorado universitetinin donuzlarda və siçanlarda aşkarladığı həmin viruslar isə hələ ki, tamamilə zoonozdur: “Yəni, heyvan xəstəliyidir. Buna görə indi üçün bir narahatlığa əsas yoxdur. Lakin bu cür potensialın olması buna qarşı lazımi tədbirlərin görülməsi üçün əsasdır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026