Yevlaxda yaşıllıq zolağında 22 ağac yandırılaraq məhv edilib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Aran-1 qəsəbəsi ərazisində baş verib.
Qəsdən törədildiyi ehtimal edilən yanğın nəticəsində qovaq və söyüd növləri olan 22 ağac yanaraq yarasız hala düşüb. Onlardan 13-ü tamamən, 9 -u isə qismən məhv olub.
8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Yevlax şəhər şöbəsindən əldə edilən məlumata görə, hadisənin qəsdən törədildiyi ehtimal olunduğundan, hüquq-mühafizə orqanlarına müraciət olunub.
Faktla bağlı araşdırma aparılır.
















