• Bakı 20° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Zelenski Rumıniyaya getdi

DÜNYA

10 Oktyabr 2023 | 11:44

Zelenski Rumıniyaya getdi

Ukrayna Prezidenti Vladimir Zelenski Rumıniyaya səfər edib.

Bakıvaxtı.az xəbər verir ki bu barədə Prezident Zelenskinin "X" hesabında məlumat verilib.

O bildirib ki, paytaxt Buxarestdə Rumıniya Prezidenti Klaus Yohannislə görüşəcək.

"Biz təhlükəsizlik sahəsində əməkdaşlıq, aviasiya və digər koalisiyaların inkişaf etdirilməsi, Ukraynanın hava hücumundan müdafiəsi, Qara dəniz təhlükəsizlik arxitekturasının gücləndirilməsi və tərəfdaşlarla əlaqələrimizi müzakirə edəcəyik. Rumıniya ən ağır günümüzdə köməyimizə gələn və zaman keçdikcə dəstəyi daha da güclənən dostdur. Əminəm ki, bu səfər xalqlarımız üçün faydalı olacaq", - Ukrayna dövlət başçısı vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026