“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsinə əsasən "Zeytun Pharmaceuticals" MMC-yə dərman vasitəsi Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılması ilə bağlı protokolu tərtib edilib.
Bu barədə Bakıvaxtı.az-a Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, "Zeytun Pharmaceuticals" İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsini pozub.
Xatırladaq ki, qanunvericiliyə əsasən həmin pozuntuya görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.