Kanal D-də yayımlanacaq "Anam Ankara" serialı ilə ekranlara qayıtmağa hazırlaşan Bergüzar Korel Kannda göz qamaşdırıb.
Bakıvaxtı.az teleqraf.com-a istinadən bildirir ki, bir neçə ildir ailəsi ilə birlikdə London-İstanbul arasında səyahət edən Korel bundan öncəki layihəsi üçün saçlarını saraltmışdı.
"Anam Ankara" serialında oynadığı ana obrazı üçün saçlarını yenə təbii rənginə qaytaran Korel həmkarları ilə birgə Kannda hər il keçirilən serial yarmarkasında iştirak edib.
Aktrisanın Kannda çəkdirdiyi fotolar sosial şəbəkədə rəğbətlə qarşılanıb.