• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

İğdır-Naxçıvan kəmərinin tikintisi tamamlanmaq üzrədir

İQTİSADİYYAT

29 Oktyabr 2024 | 23:12 | Müəllif: Subhan Mahmudov

İğdır-Naxçıvan kəmərinin tikintisi tamamlanmaq üzrədir

Türkiyə və Azərbaycan arasında olan qardaşlıq bütün dünyaya örnəkdir, xalqlarımızın dostluq, qardaşlıq bağları lap qədimlərə söykənir. Sevincdə, kədərdə hər zaman bir birimizin yanında olmuşuq. Türkiyə-Azərbaycan münasibətləri, bu xüsusda Türkiyə-Naxçıvan əlaqələri hər keçən gün daha da genişlənir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya söyləyib.

O qeyd edib ki, Türkiyə və Naxçıvan arasında əlaqələrin genişlənməsi üçün mütəmadi olaraq işlər görülür:

“Bildiyiniz kimi İğdır-Naxçıvan qaz kəmərinin təməli ötən ilin sentyabr ayında hər iki ölkənin Prezidenti tərəfindən atılıb. Qaz kəmərinin tikintisinin önümüzdəki günlərdə tamamlanacağı gözlənilir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR