• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu, Trampı öldürməyə çağırışdır - Kennedi

DÜNYA

29 Oktyabr 2024 | 20:15 | Müəllif: Subhan Mahmudov

Bu, Trampı öldürməyə çağırışdır - Kennedi

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın faşizmdə ittiham edilməsi siyasətçinin həyatına sui-qəsdlərə səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizədliyini geri götürmüş kiçik Robert Kennedi deyib.

O qeyd edib ki, bu cür təxribatçı və təhlükəli müqayisələr Amerika cəmiyyətinə pis təsir edə bilər.

“Prezident olmaq üzrə olan siyasətçinin Hitlerlə müqayisəsi, sanki bu adamı vəzifəyə başlamazdan əvvəl öldürməyə çağırışdır”, - Kennedi vurğulayıb.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer oktyabrın 23-də ABŞ Prezidenti Co Baydenin Trampı faşist hesab etdiyini açıqlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026