• Bakı 22° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İsveç Ukrayna üçün 63 milyon ayıracaq

DÜNYA

30 Oktyabr 2024 | 00:21 | Müəllif: Subhan Mahmudov

İsveç Ukrayna üçün 63 milyon ayıracaq

İsveç Ukraynaya 63 milyon avroluq yardım edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveç hökümətinin yaydığı məlumatda deyilir.

Artıq müvafiq qurumlara Ukraynanın müdafiə sənayesi tərəfindən Kiyevə təhvil veriləcək hərbi texnikanın alınması üçün Danimarka ilə danışıqlar aparmaq və müqavilə bağlamaq barədə göstəriş verilib.

"Ukraynada hasilatı artırmaqla, ümumi Avropa müdafiə sənayesi bazası gücləndirilir", - press-relizdə deyilir.

İsveç hakimiyyətinin məlumatına görə, daha 63 milyon avro Ukrayna silahlı qüvvələrinə sürətli və effektiv dəstək vermək üçün çoxtərəfli təşəbbüslərə xərclənəcək. 

Qeyd edək ki, İsveç 2022-ci ilin fevral ayından Ukraynaya 57,4 milyard kron yardım ayırıb ki, bunun da 48,4 milyard kronu hərbi yardımdır (müvafiq olaraq 4,99 və 4,20 milyard avro)./milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026