Tiflis və Gürcüstanın bir sıra digər şəhərlərində Avropa Birliyi ilə üzvlük danışıqlarının dayandırılmasının elan edilməsindən sonra aksiyalar başlayıb.
Bakıvaxtı.az yerli mediaya istinadən xəbər verir ki, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının mərkəzi ofisinin, parlament binası qarşısında yüzlərlə insan toplaşıb.
Aksiyanın keçirildiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Paytaxtla yanaşı, Kutaisi və Batumidə də etiraz aksiyaları keçirilir.
Qeyd edək ki, İ.Kobaxidze 2028-ci ilin sonuna qədər Avropa Birliyinə üzvlük məsələsinin gündəmə gətirilməyəcəyini və ittifaqın qrantlarından imtina edildiyini elan edib.