• Bakı 28° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Bu ölkə məni heyran etdi - Putindən gözlənilməz

DÜNYA

28 Noyabr 2024 | 23:04

Bu ölkə məni heyran etdi - Putindən gözlənilməz

Gürcüstan hakimiyyətinin “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı öz mövqeyini müdafiə etməsində göstərdiyi cəsarət və xarakter Rusiya Prezidenti Vladimir Putini təəccübləndirib.

Bakıvaxt.az Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə Qazaxıstana səfərindən sonra mətbuat konfransı zamanı danışıb.

O qeyd edib ki, Gürcüstanda baş verən hər şeyə təəccüblə baxıb.

“Bizim Gürcüstan rəhbərliyi ilə heç bir münasibətimiz yoxdur. Onların öz nöqteyi-nəzərini müdafiə etmək üçün göstərdikləri cəsarət və xarakter məni sadəcə heyran etdi”, - deyə dövlət başçısı bildirib.

Həmçinin Putin Qərbin keçmiş SSRİ ölkələrinin daxili siyasətinə müdaxiləsi ilə bağlı sualı cavablandırarkən deyib ki, kim ödəniş edirsə, musiqini o sifariş edir.

Dövlət başçısı qeyd edib ki, Qərb dövlətləri tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının (QHT-lərin) sayına baxsanız, mənzərə çox real görünür. Putin vurğulayıb ki, QHT üzvləri xarici ölkələrdən gələn pullarla keçmiş Sovet İttifaqı ölkələrində siyasi fəaliyyətdə iştirak edirlər.


SON XƏBƏRLƏR

20 Iyul 2025
19 Iyul 2025