• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Məşhur reper sui-qəsddə ittiham olunur

ŞOU

30 Oktyabr 2024 | 02:08 | Müəllif: Əli Hüseynov

Məşhur reper sui-qəsddə ittiham olunur

Amerikalı reper, "Qremmi" mükafatı laureatı "Lil Durk" (Derk Benks) Floridada Mayami Beynəlxalq Hava Limanı yaxınlığında həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Reper həmkarını öldürmək üçün sui-qəsddə ittiham olunur. Məhkəmə materiallarına görə, Derk reper Quando Rondonun başına mükafat qoyub. Beləliklə, "Lil Durk" şərikləri ilə birlikdə 2020-ci ilin noyabrında Atlantada güllələnən reper "King Vonun" qətlinin qisasını almaq istəyirmiş.

Prokurorlar reperin bu işdə beş nəfərlə əlbir olduğunu bildirib. Onlar Çikaqoda həbs ediliblər və tezliklə Los-Ancelesdə də məhkəmə qarşısına çıxacaqlar. axşam.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026