İngiltərə Premyer Liqasında 33-cü turun oyunları keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, "Arsenal" səfərdə "İpsviç Taun"la qarşılaşıb. Görüş "topçular"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin futbolçusu Lif Deyvis matçın 32-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
"İpsviç Taun" İngiltərə Premyer Liqasının turnir cədvəlində 21 xalla 18-ci pillədə qərarlaşıb. "Arsenal" isə 66 xalla ikinci yeri tutur. Birinci pillədə isə "Liverpul" qərarlaşıb (79 xal).
20 aprel
"İpsviç Taun" – "Arsenal" - 0:4
Qollar: L. Trossard, 14, 69; Q. Martinelli, 28; İ. Nvaneri, 88
Qırmızı vərəqə: L. Deyvis, 32 ("İpsviç Taun")/Qol.az