• Bakı 11° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Ədliyyə nazirindən Ayşe Barım haqda AÇIQLAMA

ŞOU

20 Aprel 2025 | 23:07

Ədliyyə nazirindən Ayşe Barım haqda AÇIQLAMA

Türkiyədə məşhur aktyor və aktrisaların meneceri, "İD Consultancy" şirkətinin sahibi Ayşe Barım xəstəxanaya yerləşdirilməsi haqda xəbərlər öz təsdiqini tapmayıb.

Bakıvaxtı.az xəbər verir ki, Cəza və İstintaq Təcridxanaları Baş İdarəsindən verilən açıqlamada Barımın səhhətinin yaxşı olduğu, xəstəxanaya aparılmadığı bildirilib.

Ədliyyə naziri Yılmaz Tunç isə menecerin qardaşı və vəkili ilə görüşü zamanı eşitdiyi xəbərdən təzyiqi yüksəldiyini açıqlayıb. Ona xəstəxanada müayinə təklif olunsa da, Barım bundan imtina edib.

Qeyd edək ki, Fuat Uğurun "TV100"də yazdığı məqalədən sonra kino və serial sektorunda təlatüm yaşanıb. Uğurun yazısında idarəetmə şirkətinin "inhisarlaşma" səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı münasibətlə bağlı "5 milyon dollar qarşılığında reklam əlaqəsi" ifadəsi də yer alıb. Rəqabət Şurası bəzi idarə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhur adı təmsil edən "ID İletişim" şirkəti haqqında araşdırma başladıb. Şirkətin sahibi Ayşe Barım həbs olunub. (Axşam.az)


SON XƏBƏRLƏR

20 Aprel 2025
19 Aprel 2025