• Bakı 12° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Dartanyanın səhnəyə çıxmasına qadağa qoyuldu

ŞOU

20 Aprel 2025 | 21:34

Dartanyanın səhnəyə çıxmasına qadağa qoyuldu

Məşhur sovet və rus kino və teatr aktyoru Mixail Boyarski bir neçə gün öncə “Romeo və Cülyetta” tamaşasının məşqi zamanı 3 metr hündürlükdən yıxılıb, zədə almasından və xəstəxanaya yerləşdirilməsindən sonra həkimlər ona bir ay səhnəyə çıxmağı qadağan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məşhur aktyorun həyat yoldaşı, Lensovet Teatrının bədii rəhbəri, xalq artisti Larisa Lupyan TASS-a deyib.

“Həkimlər ona dedilər ki, onu bir ay səhnəyə buraxmayacaqlar, amma biz sənətçilər, bilirsinizmi, beləyik, həkimlər bizə bir şey deyir, biz başqa şey edirik”, - o bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Boyarski tamaşanın məşqi zamanı baş verən qəzaya görə xəstəxanaya yerləşdirilmişdi./Kult.az


SON XƏBƏRLƏR

20 Aprel 2025
19 Aprel 2025