• Bakı 19° C

    12.65 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Bakının bu kəndi yenilənəcək - RƏSMİ
CƏMİYYƏT
24 May 2025 | 20:47

Bakının bu kəndi yenilənəcək - RƏSMİ

"Bakıda 8 kəndin abadlaşması Bakı Abadlıq Xidmətinə (BAX) tapşırılıb. Balaxanı və Ramanadan sonra ən intensiv iş hazırda Əmircan kəndində gedir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Əliyeva Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, H. Əliyev Fondu ərazidə Murtuza Muxtarov adına İmam Cümə məscidinin bərpası ilə məşğul olacaq:

"BAX isə eynən Balaxanıda və Ramanadakı kimi kəndin öz tarixi simasını saxlayaraq, şəhərə yaxınlaşması üçün öhdəsinə düşəni və hətta bundan da artığını etməyə çalışır. Köklü abadlıq üçün ilk növbədə Bülbülə gölünə illər boyu axıdılan kanalizasiya sularından təmizlənməsi layihəsi təqdim edildi. Almaniyadan müasir su təmizləyici qurğular gətirildi, mütəxəssislər dəvət edildi, çirkab sularının Hövsan kollektoruna yönəldilməsi ilə problem qismən aradan qaldırılıb. Bir vaxtlar kütləvi zibilliyə, qamışlığa çevrilmiş göl ətrafı ərazi təmizlənib. Evlərin dam örtüyü dəyişilir, kəndin içindəki yollar qaydaya salınır, yeni standartlara cavab verən işıqlandırma, bərpa-təmir, rəngləmə işləri tamamlanmaq üzrədir".

Qurum rəsmisi Bülbülə gölü bütünlükdə əhatə edəcək bulvardan da danışıb:

"Belə böyük layihələr bir çox dövlət qurumları, o cümlədən Memarlıq və Şəhərsalma baş idarəsi, yerli İcra Hakimiyyəti, tarixi abidələrin bərpası zamanı MN yanında Mədəni İrsn qorunması, İnkişafı və bərpasıüzrə dövlət xidməti, quruculuqda Azərişıq, Azərsu, Azəriqaz, Fövqəladə hallar nazirliyi, yəni bir çox işlər qövlət qurumlarının sifarişi əsasında və onlarla birbaşa əməkdaşlıq edərək həyata keçirilir. Çox tezliklə qədim Xilə kəndi tarixi və sənət potensialının yenidən canlanması ilə eynən Balaxanı kimi maraqlı, tutumlu, əyləncəli istirahət məkanına çevriləcək".


SON XƏBƏRLƏR

24 May 2025