• Bakı 17° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

“Barselona” Xavini qova bilər
İDMAN
07 May 2024 | 00:42

“Barselona” Xavini qova bilər

“Barselona”nın baş məşqçisi kimi gələcəyi şübhə altındadır.

Bakıvaxtı.az -ın məlumatına görə, komanda La Liqada ikinci yeri tutmasa, klub mövsümün sonunda Xavini istefaya göndərə bilər.

İspaniya La Liqasında üçüncü yer “Barsa” üçün uğursuzluq sayılacaq. Bu halda kataloniyalılar Superkubokda oynamayacaq və bu turnirdə iştiraka görə qazancını itirəcəklər.

Maraqlıdır ki, yanvarda Xavi mövsümün sonunda Kataloniya komandasından ayrılacağını bildirsə də, apreldə klub rəhbərliyi ispan mütəxəssisi qalmağa razı sala bilib.

Xatırladaq ki, futbol üzrə İspaniya çempionatının 34 turundan sonra “Barselona” 73 xal toplayaraq turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. İkinci pilləyə qayıdan “Jirona”nın isə 74 xalı var.


SON XƏBƏRLƏR

18 May 2024