• Bakı 14° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Beyləqanda dava: Kişi, arvadı və gəlini küçədə döyüldülər
HADİSƏ
03 Aprel 2026 | 14:05

Beyləqanda dava: Kişi, arvadı və gəlini küçədə döyüldülər

Beyləqan rayonunda bir ailənin üç üzvü küçədə döyülüb.

Bakıvaxtı.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Örənqala qəsəbəsi ərazisində qeydə alınıb.

Rayon sakini İsmayıl Məmmədov (soyadı şərtidir) özünə məxsus avtomobildə həyat yoldaşı və gəlini ilə yol gedərkən qarşıda hərəkətdə olan avtomobili ötüb keçib. Bu vaxt həmin avtomobilin sahibi olan qəsəbə sakini Səbuhi Turabov (soyadı şərtidir) qəzəblənərək maşını onların arxasınca sürüb, İsmayılın avtomobilini saxlatdırıb. O, İsmayılla mübahisə edərək, onun maşınını niyə ötdüyünü soruşub. Həmin vaxt tərəflər arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Həmin vaxt İsmayıl avtomobilindən taxta parçasını götürərək, Səbuhiyə hücum edib. Səbuhi taxtanı alaraq, onun özünə zərbələr endirməyə başlayıb. Həmin vaxt Səbuhinin avtomobilində olan tanışı Yaşar İsmayılın həyat yoldaşı və gəlininə hücum edib, onlara xəsarət yetirib. Səbuhi isə taxta parçası ilə İsmayıla ard-arda zərbələr endirib, onun ayağını qırıb.

Hadisə yerinə polis əməkdaşları gələnə qədər təqsirləndirilən şəxslər oradan qaçıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Yaşar və Səbuhi saxlanılıblar, faktla bağlı cinayət işi başlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunub, zərərçəkmişlərə dəymiş ziyan ödənilib. Məhkəmənin hökmü ilə Səbuhi Turabov 7 il azadlıqdan məhrum edilsə də, onun cəzası şərti hesab olunub, Yaşara isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.


SON XƏBƏRLƏR