• Bakı 23° C

    4.16 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Bilgəhdə dənizdə bir nəfər BATDI
HADİSƏ
27 Iyul 2025 | 20:19

Bilgəhdə dənizdə bir nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 0.8 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


SON XƏBƏRLƏR

26 Iyul 2025