İyulun 25-də itən "EC-145" helikopterinin göyərtəsində olanların tapılması üçün Sorbulak su anbarı ərazisində gücləndirilmiş və gecə-gündüz iş rejimində axtarış-xilasetmə əməliyyatı aparılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyatda 400-ə yaxın insan, 70-dən çox yerüstü texnika, 21 gəmi, 10 PUA, əks-səda aparatları, sualtı skaner avadanlığı və it bölmələri iştirak edir.
Nazirlikdən verilən məlumata görə, su ərazisinin və sahilboyu zonanın, o cümlədən çətin əldə edilən və dərinlikdə olan ərazilərin kompleks tədqiqi aparılır.
İtkin düşmüş şəxslərin yaxınları ilə daimi məqsədyönlü iş təşkil olunub, əməliyyatın gedişi barədə operativ şəkildə məlumatlandırılırlar.