• Bakı 11° C

    12.2 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Çin şirkətləri ABŞ ordusu barədə kəşfiyyat məlumatları satmağa başlayıblar
DÜNYA
05 Aprel 2026 | 16:08

Çin şirkətləri ABŞ ordusu barədə "kəşfiyyat məlumatları" satmağa başlayıblar

Yaxın Şərqdəki münaqişə fonunda Çin şirkətləri süni intellekt texnologiyalarından istifadə edərək ABŞ-nin hərbi birləşmələrinin hərəkətləri və silahları haqqında məlumatları satmağa başlayıblar.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "The Washington Post" qəzeti xəbər verib.

Məlumata görə, Çindəki özəl firmalar ABŞ-nin hərbi fəaliyyətini izləmək və sonra bu məlumatları satmaq üçün süni intellekti açıq mənbəli məlumatlarla, o cümlədən peyk görüntüləri ilə birləşdirirlər.

"Bildiyim qədəriylə, onlar Çinin "Jilin" peyk qrupu kimi məlumat toplayanlardan çoxlu görüntü alırlar", - "American Enterprise Institute"un tədqiqatçısı Rayan Fedosyuk bildirib.

WP qeyd edib ki, ABŞ-nin yüksək vəzifəli rəsmiləri süni intellektin hazırkı vəziyyətinə şübhə ilə yanaşsalar da, Çində bu cür texnologiyaların mümkün inkişafı ilə bağlı narahatlıqlarını bildiriblər. /"Report"


SON XƏBƏRLƏR