• Bakı 17° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Eldar Baxışın oğlu: “Atamı zəhərləyib öldürdülər”
CƏMİYYƏT
07 May 2024 | 10:32

Eldar Baxışın oğlu: “Atamı zəhərləyib öldürdülər”

“Şair Eldar Baxışın oğlu olduğumu gizlətmək üçün elə bir səbəbim yoxdur. Yəqin, introvertəm, ondan irəli gəlir. Peşəmə baxanda qəribə səslənsə də, insanların diqqətini cəlb etməyi xoşlamıram”.

Bakıvaxtı.az xəbər verir ki, bunu aktyor Tural Baxış kult.az-a müsahbəsində deyib.

Aktyor atasının ölümündən də danışıb.

“Atanızla bağlı ən qalmaqallı məsələ onu kimlərinsə zəhərləməsidir. Siz bu barədə nə düşünürsünüz” sualına T.Baxış belə cavab verib:

“ Qalmaqal deməzdim. Çünki o dövr başqa dövr idi. İnsanlar bir sözə görə canları ilə cavab verirdilər. Rusiyadan gələn bir qrup həkim belə bir nəticəyə gəlmişdi ki, atamın qanında süni pereparat var. Biz hamımız düşünürdük, kimsə atamla düşmənçilik etməz. Məgər ki, var imiş onu da sevməyənlər…”

Onun sözlərinə görə, Eldar Baxış “Semaşkoda yatdığı dövrdə Rusiyadan bir qrup həkim gəlib: “Nəticə o oldu ki, qanında süni pereparat var. Atamın bəzi dostları, ailəmiz çox narahatlıq keçirdi. Belə bir şeyi heç cür qəbul edə bilmirdik. Bir müddət sonra atamı Mərkəzi Klinikaya keçirdilər. 1-2 gün sonra yenidən müayinə edib dedilər, yeməkdən zəhərlənib.

T.Baxış bu məsələnin müəmma kimi qaldığını qeyd edib. Dediyinə görə, heç kim qabağa düşüb bu məsələnin niyə belə baş verməsini araşdırmadı:

“O vaxt atamın dostları təkid edirdilər ki, Eldarı başqa ölkəyə aparın. Burada o sağ qalmacaq. Hər şey dumanlı qalıb yadımda.


SON XƏBƏRLƏR

18 May 2024