• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Əziz Göyçə, sən azadsan - Əkbər Qosalı yazır 
YAZARLAR
24 Dekabr 2022 | 16:03

"Əziz Göyçə, sən azadsan" - Əkbər Qosalı yazır 

Əkbər Qoşalı

“ƏZİZ GÖYÇƏ, SƏN AZADSAN”! 

Bu müjdəni vermək məhz ona yaraşır!

Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük müharibədən öncəki adgünlərində (başqa əlamətdar günlərdə) adətən məcburi köçkünlərimizlə görüşürdü. - Məsələn, dövlət başçısı 

50 yaşını Taxtakörpüdə (Ağcabədi) məskunlaşmış Laçınlı məcburi köçkünlərlə keçirmişdi. 

Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi şanlı Ordumuz Laçını və digər ərazilərimizi iki il öncə azad etdi; artıq laçınlılar, qarabağlılar, ölkə vətəndaşları, Dünya azərbaycanlıları qürurludur! Biz qalib ölkənin alnıaçıq xalqı olaraq azadlıqdan abadlığa, ərazi bütövlüyndən milli-tarixi haqlarımıza doğru yön alırıq. 

Necə dehərlər, Şuşaya götürən yollar, Şuşada bitmir…

- Prezident bu ilki adgününündə 

Qərbi Azərbaycandan olan bir qrup ziyalımızla görüşdü, Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılmış ortamla tanış oldu. İlham Əliyev “Gün gələcək Qərbi Azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar” dedi.

Dedi ki, “Hətta səndən güclü olan qüvvə qarşısında da geri addım atmamalısan”.

Əlbəttə, biz bilirik ki, Ermənistan bizdən güclü qüvvəyə malik deyil; Prezident heç şübhəsiz, Ermənistanın arxasında durmuş və hələ də “uzanan, sürünən dəstək”də bulunan dünya güclərini nəzərdə tutur. İlham Əliyevin bugünkü görüşünü, ismarıclarını düzgün oxumaq, anlamaq lazımdır. 

Müzəffər Ali Baş Komandanımızla qürur duyuruq ki, özünün əziz günündə məhz ən taleyüklü milli-tarixi məsələnin müzakirəsini keçirir. 

Bu öz taleyini xalqın taleyi ilə birləşdirməyin parlaq örnəyidir.

Var olun, cənab Prezident!

Bayrağınız uca olsun!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 


SON XƏBƏRLƏR

25 Aprel 2024