Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyi ərazisində qısaqapanma hadisəsinə müdaxilə edilib.
Bakıvaxtı.az-ın hadisə yerində olan əməkdaşının əldə etdiyi məlumata görə, baş verə biləcək bədbəxt hadisənin qarşısı alınıb.
Murad İsmayıl
***
02:56
Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyi ərazisində qısaqapanma hadisəsi baş verib.
Bakıvaxtı.az-ın hadisə yerində olan əməkdaşının əldə etdiyi məlumata görə, "102" Çağrı Mərkəzinə daxil olan zəng əsasında yanğınsöndürmə xidməti əməkdaşları dərhal əraziyə cəlb edilib.
Fövqəladə hallar əməkdaşlarının operativ müdaxiləsi nəticəsində bədbəxt hadisənin qarşısı alınıb. Hadisə ilə əlaqədar ərazidəki bir neçə binanın elektrik enerjisi təchizatında müvəqqəti fasilə yaranıb.
Hadisə yerindən görüntüləri təqdim edirik.
Murad İsmayıl
Bakı 













