• Bakı 10° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Qazdan gələn şok TƏHLÜKƏ
CƏMİYYƏT
29 Mart 2026 | 01:05

Qazdan gələn şok TƏHLÜKƏ

Stanford Universiteti və PSE Healthy Energy İnstitutunun apardığı araşdırma Avropada məişət qazında ciddi təhlükə yaradan maddənin – benzolun yüksək səviyyədə olduğunu üzə çıxarıb. Musavat.com xəbər verir ki, tədqiqat nəticələri göstərir ki, bu kanserogen maddə insanların gündəlik istifadə etdiyi qaz vasitəsilə ev mühitinə yayılır.

Bakıvaxtı.az xəbər verir ki, Böyük Britaniyada məişət qazında benzolun səviyyəsi Şimali Amerika ilə müqayisədə orta hesabla 37 dəfə, Niderlandda isə 66,5 dəfə daha yüksəkdir. 

Bu isə milyonlarla insanın fərqində olmadan təhlükəli maddəyə məruz qalması deməkdir.

Mütəxəssislər bildirir ki, benzol qoxusuz olduğuna görə onun mövcudluğunu adi üsullarla müəyyən etmək mümkün deyil. Bu maddə xüsusilə uzunmüddətli təsirdə qan xəstəlikləri, o cümlədən leykemiya riskini artırır.

Ümumdünya Səhiyyə Təşkilatı da benzolun təsiri üçün “təhlükəsiz səviyyə”nin olmadığını vurğulayır. Bu isə o deməkdir ki, ən kiçik miqdarda belə bu maddə insan sağlamlığı üçün risk daşıyır.

Araşdırma müəllifləri qaz sızmalarının və zəif qoxulandırma sistemlərinin problemi daha da dərinləşdirdiyini qeyd edir. Nəticədə, insanlar təhlükəni hiss etmədən uzun müddət zərərli maddə ilə təmasda qala bilər./Musavat


SON XƏBƏRLƏR

28 Mart 2026