• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İtaliyada müharibə əleyhinə aksiya keçirildi
DÜNYA
29 Mart 2026 | 00:56

İtaliyada müharibə əleyhinə aksiya keçirildi

İtaliyada bir sıra ictimai və siyasi təşkilatlar müharibə əleyhinə "No Kings" ("Krallara yox") aksiyasına qoşulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ANSI agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ən kütləvi nümayiş Romada baş tutub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, İtaliya paytaxtının mərkəzindəki yürüşdə 25 minə yaxın insan iştirak edib.

Aksiya iştirakçıları avtoritarizm, müharibələr, yenidən silahlanma, repressiya və soyqırımı əleyhinə şüarlar səsləndiriblər.

İtaliyadakı aksiyanı "Yaşıllar və Solçular Alyansı" partiyası, eləcə də İtaliya Ümumi Əmək Konfederasiyasının lideri Mauritsio Landini dəstəkləyib. Təşkilatçıların məlumatına görə, yürüşdə təxminən 700 birliyin, o cümlədən ifrat solçu hərəkatların və müxtəlif ictimai qrupların nümayəndələri iştirak ediblər.

Mümkün təxribat riski ilə əlaqədar hüquq-mühafizə orqanları yüksək hazırlıq vəziyyətinə gətirilib.


SON XƏBƏRLƏR

28 Mart 2026