Sənan Məmməd oğlu Qarayevın Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimliyindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı layihə parlament komitəsində müzakirə olunub.
Bakıvaxtı.az-ın xəbərinə görə, sənəd bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında təqdim edilərək plenar iclasa tövsiyə edilib.
Layihəyə əsasən, İlkin Qismət oğlu Abdullayevin Xankəndi Şəhər Məhkəməsinin sədrliyindən vəzifəsi dəyişdirilərək Ali Məhkəmənin hakimi kimi təyin olunması da nəzərdə tutulur.
Əli Hüseynov
Bakı 












