• Bakı 20° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Xocavəndə növbəti köç yola salındı

CƏMİYYƏT

22 May 2026 | 12:20

Xocavəndə növbəti köç yola salındı

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Xocavənd şəhərinə 17 ailə olmaqla, 65 nəfər yola salınıb.

Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhat olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


SON XƏBƏRLƏR

21 May 2026