• Bakı 10° C

    8.05 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

İrlandiyada kütləvi etirazlar başladı
DÜNYA
09 Aprel 2026 | 16:02

İrlandiyada kütləvi etirazlar başladı

İrlandiyada etirazçılar Korkdakı "Whitegate" neft emalı zavodunu (NEZ) bloklayıb və Yaxın Şərqdəki müharibə fonunda yanacağın qiymətinin kəskin artması ilə əlaqədar hökumətin atdığı addımlardan narazılıqlarını bildirərək Dublində nümayiş keçiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Nümayişlər çərçivəsində yük maşınları və traktorlar Dublinin əsas magistral yollarından birində park edilərək ardıcıl üçüncü gündür ki, nəqliyyatın hərəkətini kəsib. Bütün ölkə boyu daşıyıcılar və fermerlər yanacaq anbarlarını bloklaraq və digər şəhərlərdə hərəkəti kəsərək, siyasətçilərdən daha sərfəli dəstək paketini müzakirə etmək üçün onlarla görüşməyi tələb ediblər.

İrlandiyanın Baş naziri Mixol Martin və ədliyyə naziri Cim O"Kallahan NEZ-in bloklanmasını pisləyiblər.

"Əhəmiyyətli milli infrastrukturun bloklanmasına yol verilməyəcək və biz kömək üçün Müdafiə Qüvvələrinə müraciət etmişik. Mühüm infrastrukturu bloklayan iri nəqliyyat vasitələri yığışdırılacaq", - O"Kallahan deyib.


SON XƏBƏRLƏR