q
  • Bakı 16° C

    8.77 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi
DÜNYA
19 Aprel 2026 | 13:50

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

İsrail qüvvələri şənbə axşamı Suriyanın Quneytra əyalətinin cənub kəndindəki Tel əl-Əhmər əş-Şərqi ərazisinə doğru irəliləyərək, təpənin zirvəsində mövqe tutublar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

Suriya mediasının məlumatına görə, hücumda iki tank, iki nəqliyyat vasitəsi və Amerikanın “Humvee” yolsuzluq avtomobili ilə təchiz olunmuş qüvvələr iştirak edib. Qoşunlar zirvədəki obyektə daxil olaraq hazırlanmış ərazini ələ keçiriblər.

Şənbə günü eyni zamanda İsrail qüvvələri Quneytranın şimal kəndinə də daxil olub və orada Taranja-Məzar əl-Əmal yolunda müvəqqəti nəzarət məntəqəsi qurub və geri çəkilməzdən əvvəl mülki əhalini qısa müddətə yoxlayıblar.

Qeyd edək ki, İsrail qüvvələri Livanın cənubunda da işğal etdiyi əraziləri genişləndirməklə məşğuldur. /Axar.az


SON XƏBƏRLƏR

18 Aprel 2026