• Bakı 27° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

İtaliyanın Baş naziri: Fələstin Dövlətinin yaradılma prosesindən əvvəl tanınmasının tərəfdarı deyiləm
DÜNYA
26 Iyul 2025 | 13:51

İtaliyanın Baş naziri: Fələstin Dövlətinin yaradılma prosesindən əvvəl tanınmasının tərəfdarı deyiləm

Fələstin Dövlətinin çox tərəfdarı olduğum halda, onun yaradılmasına aparan bir prosesdən əvvəl tanınmasının tərəfdarı deyiləm.

Bakıvaxtı.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib.

“Mən Fələstin Dövlətinin tərəfdarıyam, amma indi bu, qeyri-məhsuldar addım ola bilər. Bunu bir neçə dəfə, o cümlədən Parlamentdə demişəm. Fələstin Administrasiyasına çatdırmışam, Makrona da demişəm. Fələstin Dövləti olmadan onun tanınmasının ümumi məqsədə əks təsir göstərə biləcəyinə inanıram. Əgər mövcud olmayan bir şey kağız üzərində tanınırsa, problem həll olunmuş kimi görünəcək, lakin həll olunmamış qalacaq”, - deyə o qeyd edib.


SON XƏBƏRLƏR

26 Iyul 2025