• Bakı 20° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

Kamçatkada güclü zəlzələ: Fövqəladə vəziyyət elan edildi - VİDEO
DÜNYA
19 Sentyabr 2025 | 00:00

Kamçatkada güclü zəlzələ: Fövqəladə vəziyyət elan edildi - VİDEO

Kamçatkanın şərq sahillərində 7,4 bal gücündə zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 125 kilometr şimal-şərqdə, zəlzələnin ocağı 40 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilib. 

Zəlzələdən sonra regionda fövqəladə vəziyyət elan edilib.

 

 


SON XƏBƏRLƏR

18 Sentyabr 2025