• Bakı 16° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

KİV: Makronun iqamətgahında dövlət müqavilələri ilə bağlı axtarış aparılıb
DÜNYA
22 May 2026 | 22:52

KİV: Makronun iqamətgahında dövlət müqavilələri ilə bağlı axtarış aparılıb

Fransa prezidenti Emmanuel Makronun iqamətgahı olan Yelisey sarayında dövlət müqavilələri ilə bağlı istintaq çərçivəsində axtarış keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, Parisin maliyyə işləri üzrə iki istintaq hakimi mayın 21-də sarayda əməliyyat aparıb.

    Araşdırma Fransanın görkəmli şəxslərinin nəşlərinin Panteona köçürülməsi mərasimlərinin təşkili üçün bağlanmış dövlət müqavilələri ilə bağlıdır.

    İstintaq çərçivəsində “Shortcut Events” şirkətinə verilən sifarişlərin şərtləri yoxlanılır.


    SON XƏBƏRLƏR