• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Adil Kərimli Beyləqanda vətəndaşları qəbul edib

MƏDƏNİYYƏT

22 May 2026 | 15:18 | Müəllif: Əli Hüseynov

Adil Kərimli Beyləqanda vətəndaşları qəbul edib

Mədəniyyət naziri Adil Kərimli Beyləqan şəhərində vətəndaşları qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Sakinlərin müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını diqqətə çatdırıb.

Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.


Adil Kərimli Beyləqanda vətəndaşları qəbul edibAdil Kərimli Beyləqanda vətəndaşları qəbul edib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026