• Bakı 19° C

    7.5 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Moldovada Qalkinə etiraz edilir

ŞOU

22 May 2026 | 16:06

Moldovada Qalkinə etiraz edilir

Moldovada hakimiyyətin rusiyalı şoumen Maksim Qalkinın çıxışı üçün etdiyi xərclər etirazla qarşılanıb.

Bakıvaxtı.az rus mediasına istinadən xəbər verir ki, sakinlərin fikrincə, bu vəsait yolların təmirinə yönəldilməli idi.

Belə ki, şoumeni dəvət etmək qərarını deputat Renato Usatıy verib. Bildirilib ki, Qalkin 22 may tarixində Faleşti şəhərində keçiriləcək tədbirdə çıxış edəcək. Onun qonorarının dəqiq məbləği açıqlanmasa da, sosial şəbəkələrdə bunun yüz minlərlə avroya çata biləcəyi yazılır.

“Qalkinin pula ehtiyacı qalıb ki, Moldova hakimiyyəti ona kömək etmək qərarına gəlib?”, “Yollar bərbad vəziyyətdədir, xəstəxanaların divarları uçur, amma bizə yüz minlərlə avroluq artist gətirirlər”, “Biz çirkab və yoxsulluq içində yaşayırıq, yollar çuxurlarla doludur, problemlər bitmir. Hakimiyyət doğrudan da bizim Qalkinin mahnıları altında əylənmək istədiyimizi düşünür?”, deyə, sosial media istifadəçiləri deputatın tədbirlə bağlı paylaşımının altında yazıblar.

Xatırladaq ki, Maksim Qalkin 2022-ci ilin sentyabrında Rusiyanın “xarici agentlər” reyestrinə daxil edilib. Buna səbəb yumor ustasının sosial şəbəkə paylaşımlarında Rusiya siyasətini və Ukraynaya qarşı aparılan müharibəni pisləməsi olub. Bundan sonra o, həyat yoldaşı Alla Puqaçova və övladları ilə birlikdə ölkəni tərk edib.


SON XƏBƏRLƏR