• Bakı 23° C

    15.84 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

ŞOU

20 Iyun 2026 | 23:11

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Əməkdar artist Fərqanə Qasımova qızı Fatimə ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az axşam.az-a istinadla xəbər verir ki, ifaçı övladının ad günü münasibəti ilə birgə çəkilən fotolarını yayımlayıb. Şəkildə F.Qasımovanın ikinci nəvəsi Natiq də yer alıb.

"Canım qızım, ilk balam Fatiməm, doğum günün mübarək! Yeni yaşına ikinci dəfə ana adı ilə girdin. Allah bu yolda sənin üzünü hər zaman ağ eləsin. Yaxşı ki, mənim qızımsan. Səni çox sevirəm. 25 yaşın mübarək" deyə, F.Qasımova yazıb.

Qeyd edək ki, Fatimə Xalq artisti Natiq Şirinovun oğlu Ümidin həyat yoldaşıdır. Fərqanə Qasımovanın Mövlanə, Həlimə və Saleh adlı üçəmləri də var. Fatimə və Ümid cütlüyünün Şəms adlı daha bir övladı var. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026