• Bakı 28° C

    8 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Hidayət Heydərov tatamiyə çıxmadı - NİYƏ?

İDMAN

20 Iyun 2026 | 13:45

Hidayət Heydərov tatamiyə çıxmadı - NİYƏ?

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməyib.

Bakıvaxtı.az xəbər verir ki,  olimpiya çempionu 1/16 finalda Usuxcarqal Altaibaatar (Monqolustan) ilə görüşə çıxmayıb.

H.Heydərovun hansı səbəbdən yarışdan kənarda qaldığı hələlik bəlli deyil.

Bu gün mübarizəyə qoşulan Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) ilkin raundlarda məğlub olublar.

Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur. Ötən gün Balabəy Ağayev (60 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyun 2026