Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyununda ilk hissə başa çatıb.
Bakıvaxtı.az-ın məlumatına görə, "narıncılar" fasiləyə öndə yollanıblar - 2:0.
Brayan Brobbi 5 və 17-ci dəqiqədə fərqlənib.
***
21:02
Futbol üzrə dünya çempionatının Niderland - İsveç oyunu başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, F qrupunun II turunun matçı Hyuston stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi ingiltərəli FIFA referisi Maykl Oliverdir.
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.
Bakı 



