• Bakı 30° C

    2.27 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Türk xalqından üzr istəyirəm - Merih Demiral

İDMAN

20 Iyun 2026 | 12:34

Türk xalqından üzr istəyirəm - Merih Demiral

Paraqvaya 0:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərə açıqlama verən Türkiyə millisinin oyunçusu Merih Demiral nəticəyə görə hər kəsin məsuliyyət daşıdığını vurğulayıb.

Bakıvaxtı.az Modern.az-a istinadla xəbər verir ki, Türk xalqından üzr istəyən Demiral deyib:

“Çox üzgünük. Türk xalqından üzr istəyirəm. Başqa deyəcək sözüm yoxdur. Nə deyəcəyimi bilmirəm, futbolda belə anlar olur. Hamıdan üzr istəyirik. Soyunub-geyinmə otağında hamı çox kədərli idi. İllərdir milli komandaya gəlirəm, bu, məni ən çox üzən oyun oldu. Hamı çox emosional vəziyyətdədir. Bütün xalqımızdan üzr istəyirik. Başqa söz tapa bilmirəm”.

28 yaşlı futbolçu bildirib ki, həm Avstraliya, həm də Paraqvayla oyunlarda komanda çox istəkli çıxış edib:

“Alınmayanda alınmır. İki oyunda 70-75 zərbə vurmuşuq. Alınmayanda alınmır. Bunun üzüntüsünü yaşayırıq. Mübarizə apardığımıza inanırıq, hər iki oyunda əlimizdən gələni etdik. Heç gözləmədiyimiz nəticələr aldıq. Belə olmamalı idi. Burada hamımız məsuliyyət daşıyırıq. Səmimi qəlbdən hamıdan, incitdiyimiz və üzdüyümüz xalqımızdan üzr istəyirik”.

Qrupdakı son oyunda ABŞ ilə qarşılaşacaqları barədə danışan Merih Demiral turniri qələbə ilə başa vurmaq istədiklərini bildirib:

“Hamı çox üzgündür, amma qarşıda bir oyun da var. İnşallah turniri yaxşı şəkildə başa vurarıq”.

Milli komandanın baş məşqçisi Vinçenzo Montella haqqında danışan Demiral əlavə edib:

“O, soyunub-geyinmə otağına daxil olan kimi hamımızı topladı. Hamımızla danışdı. Göstərdiyimiz mübarizəyə görə bizi təbrik etdi. O da çox üzgündür. Amma hər kəsin mübarizəsindən razıdır. Çünki əlimizdən gələni etdik. Əlbəttə, kənardan hər kəs fikir bildirə bilər, amma inanın ki, hamı əlindən gələni etdi. Futbolda yaxşı günlər də olur, pis günlər də. Daha yaxşı nəticə əldə edə bilərdik, ən azı qrupdan çıxa bilərdik. Buna görə bütün məsuliyyət bizim üzərimizdədir. Bir daha bütün xalqımızdan üzr istəyirəm”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyun 2026