• Bakı 25° C

    12.44 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Sumqayıtda yaşayış binasında partlayış baş verib - YENİLƏNİB

HADİSƏ

20 Iyun 2026 | 20:41

Sumqayıtda yaşayış binasında partlayış baş verib - YENİLƏNİB

Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən yaşayış binasında partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ilə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzilin hamam otağında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən ümumi sahəsi 64kv.m. olan üçotaqlı mənzilin hamam otağının lambirdən ibarət tavanı 6kv.m. sahədə dağılıb və mətbəxin 1 ədəd pəncərə şüşəsi sınıb. 2016-cı il təvəllüdlü azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

19:09

Sumqayıt şəhərində partlayış hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az məlumat verir ki, hadisə 42-cı məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür

Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Iyun 2026